Ru
14:49 / 24 Yanvar 2020

Tanınmış həkim-idmançı Oqtay Mehtiyev deputatlığa namizədliyinin səbəblərini açıqladı - FOTOLAR

4069
Azərbaycan Milli Məclisinə bu il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində 62 saylı Saatlı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Azərbaycan Tibb Universitetinin müəllimi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehtiyev BakuPost-a müsahibə verib.

Müsahibəni təqdim edirik:


- Hansı səbəblər sizi deputatlığa, xüsusən də Saatlıdan namizədliyinizi verməyə vadar etdi?

- Mən Saatlıdan doğulub böyümüşəm. Sonralar peşə fəaliyyətlərimlə bağlı Bakıda yaşasam da daim Saatlı camaatı ilə ünsiyyətimiz olur, rayonun həyatından kənarda qalmırıq. Bunu nəinki doğulduğum Qara Nuru kəndi, ümumiyyətlə rayon cammatından soruşsanız onlar daha müfəssəl sizə danışarlar.



Azərbaycan istər siyasi, istər də iqtisadi cəhətdən qüdrətli ölkə olduğu kimi eyni zamanda ictimai fəallığı, siyasi qaynarlığı ilə də seçilir. Təbbii ki, bütün bu inkişafın əsası Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməllə qoyulub. Bu gün də prezidentimiz cənab İlham Əliyevin, o cümlədən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sayəsində bu inkişaf sürətli templə davam edir. Bildiyimiz kimi artıq Azərbaycanda islahatların növbəti dalğası başlanıb. Təbii ki, bu islahatlatlar daha çox respublikanın əyalətlərini, eləcə də Saatlını ehtiva edir.


Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli mətbuata müsahibəsində parlamentin yenilənməsi, yeni parlament barədə fikirləri məndə bir əminlik yaratdı ki, doğulduğum rayonun sözünü Milli Məclisdə də çatdırıb. Bilirik ki, inkişaf olan yerdə ara-sıra problemlər də olur. Cənab prezident də dəfələrlə qeyd edib ki, belə problemləri vaxtında eşidib, aşkar edib və həll etmək lazımdır. Çünki bu bizim inkişafımızın ruhunun tələbədir. Saatlıda sosial məsələlər var ki, biz bir eloğlu kimi daim onun həllində dəstəyimizi əsirgəməmişik. Hesab edirəm parlamentdə təmsilçiliyim bu fəaliyyətimə daha çox qatqı qatacaq. Bu baxımdan mən camaatımızın etimadına tam əminəm.


- Deputat seçiləcəyiniz təqdirdə görəcəyiniz işlər, planlar nədən ibarətdir?

- Rayonumuzda ictimai və sosial əhval ruhiyyə yüksəkdir. Bizim məqsədimiz cənab prezident tərəfindən səlahiyyətləndirilən rayon icra hakimiyyətinin başçısı ilə birgə camaatın sosial problemlərini, təkliflərini, ümumiyyətlə camaatın səsini vaxtında və yerində eşidib həll etməkdir. Biz rayon rəhbərliyi ilə bu mənada sıx işləyəməyə hazırıq. Bütün planlarımız platformamda açıqlanıb. Burada əsas məqsəd namizədliyimi irəli sürdüyüm 62 saylı dairədə sosial problemlərin kökündən həll edilməsində, işsizliyin tamamilə aradan qaldırılmasında və əsasən də aqrar təsərrüfatın inkişafında insanlara yaxından kömək etməkdir. Bundan başqa gənclərin məşğulluğuna da xüsusi diqqət ayıracağıq. Bildiyiniz kimi mən Respublika Kikboksinq Federasıyasının uzun illərdir vitse-prezidentiyəm və idman sahəsində kifayət qədər əlaqələrimiz, işlərimiz var. Birsözlə, fəaliyyət planlarımız çoxşaxəlidir. Bir tibb mütəxəssisi kimi səhiyyədəki problemlər də daim diqqətimizdə olacaq. Bizim rayon rəhbərliyi bu baxımdan bu işlərin həyata keçirilməsində xeyli adekvatdır.

Hamının bildiyi kimi son vaxtlar ölkədə qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatı sahəsində diqqət yüksək səviyədə artırılıb. Saatlı da aqrar rayonlardandır. Hələ vaxtı ilə Ulu öndər Heydər Əliyev birinci hakimiyyəti dövründə ən çox səfər etdiyi qabaqcıl rayonlardan biri də Saatlı olub, qabaqcıl göstəriciləri yüksək qiymətləndirib. Demək istədiyim odur ki, Saatlıda bu sahədə kifayət qədər potensial var. Dövlətimizin qayğısı da göz qabağındadır. Saatlı camatı daim dövlətin, dövlətçiliyin yanında olub. Ulu öndərin kursununu, cənab prezidentinin siyasətini daim, qürur duymuşuq. Bizim də üzərimizəd üşən daim seçicilərin yanında olub, onların bu məsələlərdə sual və təkliflərini vaxtında çatdırmaqdır. Hesab edirəm sadaladığım mövzular üzrə nəzərdə tutulan planlarımızı doğma Saatlı camatımızla birgə dövlətimizin qayğısı sayəsində məhsuldar formada həyata keçirə biləcəyik. Mənim, camatımızın etimadına inamım böyükdür.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər