İranda kürdlərə məxsus terrorçu təşkilatların fəaliyyəti daha aktiv fazaya qədəm qoyur.
Hətta ABŞ və İsrailin hərbi müdaxilələrindən əvvəl, İraqdakı bəzi kürd təşkilatları birgə bəyanat yayaraq, İranda muxtariyyət iddialarını açıq şəkildə ortaya qoymuşdular.
Bu, sadəcə siyasi bir bəyanat deyil – bölgədə etnik və geosiyasi tarazlıqları sarsıda biləcək ciddi bir siqnal hesab olunur.Xüsusilə diqqət çəkən məqam odur ki, bu iddialar İranın tarixi Azərbaycan torpaqları olan Urmiya və Ərdəbil ətrafını əhatə edir.
Bu ərazilər həm Azərbaycan, həm də Türkiyə ilə sərhəd olduğu üçün məsələ yalnız İranda qalmır, bütövlükdə regionun təhlükəsizliyi və strateji maraqları baxımından kritik bir nöqtəyə çevrilir.