Ru
19:17 / 03 Mart 2026

Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir - FOTO

Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir -  FOTO
Eye

Astara dövlət sərhədindən buraxılış məntəqəsində növbəti təxliyə prosesi həyata keçirilib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu dəfə sərhədi keçənlər arasında Qırğızıstan vətəndaşı olan pilot və müxtəlif ölkələrin vətəndaşları olan stüardessalar var.

Altı nəfərdən ibarət heyət təhlükəsizlik prosedurlarından keçərək Azərbaycan ərazisinə daxil olub.

Məlumata görə, heyət üzvlərindən bəzilərində viza ilə bağlı müəyyən çətinliklər yaranıb. Lakin məsələ operativ şəkildə həll edilib və onlar yerindəcə elektron viza rəsmiləşdirərək sərhədi keçiblər.

Hazırda Astara keçid məntəqəsində təxliyə prosesi fasiləsiz şəkildə davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl açıqlanan məlumatda ümumilikdə 83 nəfərin Azərbaycan ərazisinə təxliyə olunduğu bildirilib. Təxliyə edilənlərdən 74 nəfəri Çin Xalq Respublikasının vətəndaşlarıdır. Digər şəxslər isə müxtəlif ölkələrin vətəndaşlarıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar