Tayvanda "Raqasa" qasırğası davam edir.
Bakupost.az xəbər verir ki, qasırğa nəticəsində yüzdən çox adam itkin düşüb.
Yerli media 14 nəfərin öldüyünü, 129 nəfərin itkin düşdüyünü bildirir.
Qasırğa Honq-Konqa da çatıb, burada yüksək həyəcan siqnalı verilib, bir milyondan çox insan təxliyə edilib.
Qeyd olunur ki, 500-dən çox uçuş ləğv edilib və 10 mindən çox gəmi təhlükəsiz sulara yönəldilib.
Sinoptiklər Honq-Konqun bəzi ərazilərində suyun səviyyəsinin normadan 4-5 metr yuxarı qalxa biləcəyini proqnozlaşdırırlar.
Zaur, BakuPost