Ru
16:40 / 08 Oktyabr 2026

TƏBİB-dən sistemin günlərdir işləməməsi ilə bağlı - AÇIQLAMA

TƏBİB-dən sistemin günlərdir işləməməsi ilə bağlı  - AÇIQLAMA
Eye

Səhiyyə Nazirliyi ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistemin işləməməsi səbəbindən yaranan problemlə əlaqədar açıqlama yayıb.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, açıqlamada problemin TƏBİB-in elektron sistemində yaranmış nasazlıqdan qaynaqlandığı qeyd olunub.

“Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu olaraq bildiririk ki, yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır.

Elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.

Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə sözügedən tibb müəssisəsində 2 gündür sistemin işləməmədiyi, vətəndaşların saatlarla növbədə gözləmək məcburiyyətində qaldığı bildirilirdi.

Günlərdir davam edən problemlə bağlı TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur.

“Fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir.

İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir.

Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür. Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.

Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - açıqlamada qeyd olunub.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar