Ru
21:56 / 19 Dekabr 2025

Təcili yardımlar niyə gecikir? – TƏBİB rəhbərindən çıxış yolu

Təcili yardımlar niyə gecikir? – TƏBİB rəhbərindən çıxış yolu
Eye

Bakı və Bakı ətrafı ərazilərdə təcili yardım, ambulansların gecikməsi, briqadaların yetməməsi bu il də gündəmdə olub. Bununla bağlı şikayətlər hər gün olur.

Bakupost.az xəbər verir ki, “Medicina.az”ın mövzu ilə bağlı sualına Təbib sədri Vüqar Qurbanov ilin yekunlarına aid brifinqdə bunları deyib:

“Bütün dünyada təcili yardım çağırışları kateqoriyalara bölünür. Təcili yardım resursu çox dəyərlidir. Məsələn, çağırış olur ki, qızdırmalı xəstədir, 37 qızdırma var, mənə təcili yardım gəlsin. Xəstələr çeşidlənəndə artıq dispetçer tərəfindən konkret suallar veriləcək: hansı şikayətlər var, xəstə huşu özündədir, xəstə neçə yaşındadır və s.

Şikayətin, vəziyyətin dərəcəsinə uyğun ambulanslar yönləndiriləcək. Birinci acil ağır vəziyyətlərə yönləndirilir. Çağırışlarda sıxlıq çoxdursa, burda artıq vacib dərəcələr var: yəni ilk olaraq hansı vətəndaşın üzərinə təcili yardım getməlidir. Kritik hallarda gecikmə demək olar ki, olmur. Müəyyən təzyiq yüksəlmələri, baş ağrıları, qızdırma və s.-də bir qədər müddət uzana bilər. Şikayətlər həddən artıq azalıb. Növbəti ildən elektron sistem də tam oturuşandan sonra təcili yardımla bağlı sıxlıq qalmayacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar