Avropa Komissiyası Avropa İttifaqının tövsiyələrini qulaqardına vurmağa davam edəcəyi təqdirdə Gürcüstan üçün vizasız rejimin tamamilə ləğvini nəzərdən keçirir.
Bakupost.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında qeyd olunub.
"Gürcüstan hakimiyyəti müəyyən edilmiş problemləri həll etməsə, vizasız rejimin dayandırılması bütün əhaliyə şamil edilə bilər. Nəticədə, Gürcüstan vizasız statusunu tamamilə itirə bilər." ", - deyə sənəddə bildirilir.
İlk addım Gürcüstan hakimiyyəti tərəfindən verilmiş diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız girişin dayandırılması ola bilər.
Avropa Komissiyası qadağaları Gürcüstanın bir sıra "bürokratik qanunlar" qəbul etməsi ilə əsaslandırır.