Ru
23:32 / 19 Dekabr 2025

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi AÇIQLAMA

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi AÇIQLAMA
Eye

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 30 oktyabr 2025-ci il tarixində baş verdiyi məlum olub.

“Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır”, - deyə məlumatda qeyd edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar