Ru
22:32 / 19 Dekabr 2025

Napoleon Bonapartın üzüyü oğurlandı

Napoleon Bonapartın üzüyü oğurlandı
Eye

Dekabrın 17-də Belçikanın Genappe şəhərində Napoleonun Son Qərargah Muzeyi qarət edilib.

Bakupost.az xəbər verir ki, oğrular binaya pəncərədən daxil olublar. İçəridə olan əşyaları çıxarmaq üçün bir neçə vitrini sındırıblar. Kolleksiyadakı əşyalar, o cümlədən Napoleonum beş brilyantla bəzədilmiş 18 karatlıq qızıl üzüyü oğurlanıb. Bu üzüyün 18 iyun 1815-ci ildə Vaterloo döyüşündə imperatorun məğlubiyyətindən sonra tapıldığı bildirilir. Oğurlanan əşyalar arasında Napoleonun hakimiyyəti dövründən qalma qızıl və gümüş sikkələr də olub.

Oğurlanmış əşyaların bazar dəyəri barədə məlumat verilməyib.

Soyğunçuluqla bağlı polisə məlumat verilib. Vallon Brabant prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar