ABŞ-nin dövlət katibi Marko Rubio ölkə Prezidenti Donald Trampın hakimiyyəti dövründə həll olunmuş münaqişələrdən danışıb.
Bakupost.az xəbər verir ki, Rubio brifinq zamanı Ermənistan-Azərbaycan münaqişəsini də xatırladıb.
"Rusiya-Ukrayna, Hindistan və Pakistan, Tailand və Kamboca kimi davamlı problemlərin, Sudanda faciənin, Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdiyimizi gördünüz. Biz həmişə mümkün olduqda müharibənin qarşısını almağa və ya münaqişələrə son qoymağa imkan verən vasitəçi rolunu oynamağa çalışırıq. Əlbəttə ki, bir çox hallarda insanları danışıqlar masası arxasına əyləşdirə, razılığa gələ bilərsiniz, amma sonra bu razılaşmaların tətbiqi prosesi başlayır. Beləliklə, biz bu münaqişələrin bir çoxunda, xüsusən də tərəflərin müəyyən şərtlərlə razılığa gəlməsində irəliləyiş əldə etmişik", - deyə Marko Rubio bildirib.
O, ABŞ dövlət başçısının sülhməramlı siyasəti prioritet hesab etdiyini də vurğulayıb.