"Bu il Rusiya Ermənistana alüminium, çörək, günəbaxan yağı və dərman tədarükünü artırıb. Buğda tədarükü təxminən ikiqat artıb ki, bu da Azərbaycandan Ermənistana yük tranzitinin bərpası sayəsində mümkün olub".
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya İqtisadi İnkişaf Nazirliyinin MDB ölkələri ilə İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Aleksey Mixaylov Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasından sonra bildirib.
Onun sözlərinə görə, Rusiya bu il r ümumi ticarət dövriyyəsinin 34%-dən çoxunu təşkil edərək Ermənistanın əsas ticarət tərəfdaşı olub.
Tərəflər iqtisadi, sənaye, enerji, nəqliyyat və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, gələn il üçün iş planını müəyyənləşdiriblər.
Rusiya-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası 2026-cı ildə Rusiyada keçiriləcək.