Ru
11:20 / 08 Avqust 2025

Tehranın Bakıya qarşı “Tramp yolu” təhdidi və Pezeşkiana sui-qəsd ehtimalı...

Tehranın Bakıya qarşı “Tramp yolu” təhdidi və Pezeşkiana sui-qəsd ehtimalı...
Eye

ABŞ, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İsveçin İran xüsusi xidmət orqanlarını Avropa və Şimali Amerika ölkələrində qətl və adam oğurluğu həyata keçirməkdə ittiham etməsinin ardınca Tehrana qarşı yeni ittiham meydana gəlib. ABŞ, Fransa və Ukrayna İranı Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə hərbi dəstək verməkdə ittiham edib.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

Onun fikrincə, Qərb ölkələrində İranın eksterritorial təhlükə yaratdığı qənaəti güclənir:

“Bütün bunlar ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın nüvə sazişinin bağlanması üçün İrana verdikləri son tarixin başa çatmasına sayılı günlər qaldığı bir zamanda baş verir. Məlum olduğu kimi, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa nüvə sazişinin bağlanması üçün İrana avqust ayının sonuna kimi vaxt veriblər. Əks halda Böyük Britaniya, Almaniya və Fransa İranı BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmalarına əsasən ləğv edilmiş sanksiyalarını yeniləyəcək mexanizmi işə salacaqları ilə hədələyirlər.
İran təhdidi ilə bağlı İsrail-Ukrayna strateji dialoqu da Tehrandan gələn təhlükəyə qarşı əməkdaşlığı gücləndirir. Aydın görünür ki, İrana qarşı geniş koalisiya formalaşmaqdadır.

İrana qarşı geniş hərbi müdaxilə belə görünür ki, zaman məsələsinə çevrilir. Çox böyük ehtimalla bu müdaxilə yayın son, payızın ilk günlərində baş verə bilər. Bəlkə də belə bir hərbi müdaxilə üçün İranın sonuncu axmaqlığını gözləyirlər. Teokratik rejimin “qırğıları”nın “Beynəlxalq Sülh və Çiçəklənmə naminə Tramp Yolu” (Trump Route for International Peace and Prosperity, TRIPP) ilə bağlı Azərbaycanın ünvanına səsləndirdiyi təhdidlərin və İranda yeganə ligitim dövlət rəsmisi olan Prezident Məsud Pezeşkiana sui-qəsd ehtimalının gerçəkləşməsi istiqamətində hansısa addım molların sonuncu axmaqlığı ola bilər.

Aydın görünür ki, bölgədə status-kvo artıq belə davam edə bilməz. Bu status-kvo dağılmadan yeni dünya düzəni formalaşa bilməyəcəyi də artıq hər kəsə aydın olmalıdır”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar