Ru
23:53 / 24 Mart 2026

“Tək səbir”ə görə çempionat matçı həmin saata salınmırdı

“Tək səbir”ə görə çempionat matçı həmin saata salınmırdı
Eye

Aktyor Elməddin Cəfərov “Tək səbir” layihəsinin uğurundan danışıb.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəzər axşamı" verilişində çıxışı zamanı layihənin zamanında yüksək reytinq topladığını açıqlayıb:

“Tək səbir öz zamanında Azərbaycan tarixində ən çox reytinq verən layihə olub, 38.5 reytinq verib. Davamlı 37-38 reytinq verməsi ağla sığmaz rəqəm idi. "Tək səbir" yeganə layihə idi ki, həmin gün hamı baxırdı. Hətta Azərbaycan futbol çempionatının həmin saata oyununu salmırdılar. Dostlar da baxırdı, bunu sonradan bilmişdik. Çox böyük uğur idi”.

Qeyd edək ki, aktyorun bu açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar