Ru
19:50 / 12 Fevral 2026

Temudan azərbaycanlı istifadəçilərə daha bir ZƏRBƏ

Temudan azərbaycanlı istifadəçilərə daha bir ZƏRBƏ
Eye

"Temu" onlayn alış-veriş platformasının istifadəçilərə təqdim etdiyi endirim kartları ilə bağlı gözlənilməz yenilik var.


Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, şirkət müştərilərin alış-veriş vərdişlərinə birbaşa təsir edəcək qərar verərək, mövcud endirim kartlarının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.


Gündə iki dəfə təqdim olunan endirim kartları artıq Temuda müştərilərə göndərilmir. Hansı ki, bu endirim kartları ilə məhsulları 70,80 faiz endirimlə almaq mümkün olurdu.

Dəyişiklik istifadəçilər arasında müəyyən suallar doğursa da, görünür bu addım şirkətin marketinq büdcəsinə qənaət etmək istəyindən qaynaqlana bilər. Şirkətin bu qərarından sonra alternativ kampaniyaların hansı formada davam edəcəyi isə hələlik tam dəqiqləşməyib.

Qeyd edək ki, son yanvar ayından bəri Temu istifadəçiləri məhsullarının vaxtında çatdırılmaması ilə bağlı da narazılıq edirdilər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar