Ru
17:06 / 27 Fevral 2026

"Temu"dan gələn bağlamalar əslində niyə gecikdirilirmiş? - AÇIQLAMA/VİDEO

"Temu"dan gələn bağlamalar əslində niyə gecikdirilirmiş? - AÇIQLAMA/VİDEO
Eye

Son dövrlər “Temu” platformasından sifariş edilən məhsulların çatdırılmasında ciddi gecikmələr müşahidə edilir. Əvvəllər bir neçə günə ünvana təhvil verilən bağlamaların indi həftələrlə, bəzən də aylarla gecikməsi alıcıların ciddi narazılığına səbəb olub. Bu gecikmələrdən sonra “Temu” şirkəti Azərbaycan alıcıları üçün nəzərdə tutulan yüksək faizli endirim kampaniyalarını da ləğv edib. Son 2 ayda sosial şəbəkələrdə də sözügedən məsələ ilə bağlı çoxsaylı şikayətlər səsləndirilir.


Problemin kökünü öyrənmək üçün öncə karqo şirkətləri ilə əlaqə saxladıq. Onlar da son vaxtlar gecikmələrin həddindən artıq çoxaldığını təsdiqlədilər. Bildirdilər ki, artıq ikinci aydır sifarişlərdən imtina və ödənişin geri tələbi halları kəskin artıb. Bu da öz növbəsindən “Temu” platformasından verilən sifarişlərin azalmasına, alıcıların daha ehtiyatlı davranmasına səbəb olub.


Bəs Dövlət Gömrük Xidməti bu məsələ ilə bağlı nə deyir? Bağlamalar niyə indi bu qədər gecikdirilir? 2 ay öncə bu qədər gecikmə yox idi, indi niyə hər kəs şikayətçidir?

Daha ətraflı "Bakupost TV"nin sujetində:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar