Ru
18:00 / 02 İyul 2026

Tənzilə Rüstəmxanlı Şimali Kiprdə Tahsin Ertuğruloğlu ilə görüşdə iştirak etdi

Tənzilə Rüstəmxanlı Şimali Kiprdə Tahsin Ertuğruloğlu ilə görüşdə iştirak etdi
Eye

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən Akdeniz Barış və Diplomasi Forumu çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı dünyanın müxtəlif ölkələrindən gələn, Türk dövlətlərini təmsil edən millət vəkilləri, akademiklər, dövlət və ictimai xadimlərlə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu ilə görüşdə iştirak edib.

"Bakupost" xəbər verir ki, görüş zamanı Türk dünyasının ortaq dəyərləri, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, Türk dövlətləri arasında siyasi, elmi, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ortaq məqsəd və hədəflər naminə birgə həyata keçirilə biləcək layihələr, gələcək əməkdaşlıq perspektivləri, eləcə də Türk dünyasının beynəlxalq platformalarda daha güclü təmsil olunmasının əhəmiyyəti müzakirə edilib.

Tənzilə Rüstəmxanlı çıxışı zamanı Türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Deputat bildirib ki, ortaq tarix və mədəniyyətə söykənən bağların qorunması və gələcək nəsillərə ötürülməsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür görüşlər qarşılıqlı etimadın güclənməsinə, əməkdaşlıq əlaqələrinin genişlənməsinə və Türk dünyasının beynəlxalq arenada vahid mövqedən çıxış etməsinə mühüm töhfə verir.

Görüşün sonunda Tənzilə Rüstəmxanlı səmimi qəbula və göstərilən diqqətə görə Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Naziri Tahsin Ertuğruloğluna təşəkkürünü bildirib. O, qardaş Türk dövlətləri arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə inamını ifadə edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar