Ru
13:17 / 23 Fevral 2026

Təqaüdə göndərilən 43 yaşlı generala yeni VƏZİFƏ VERİLDİ

Təqaüdə göndərilən 43 yaşlı generala yeni VƏZİFƏ VERİLDİ
Eye

Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən yüksək vəzifəyə gətirilib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.

Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək.

Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ Müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar