Ru
13:50 / 23 Fevral 2026

Cənnəti 99 yaşını vəzifədə qeyd etdi

Cənnəti 99 yaşını vəzifədə qeyd etdi
Eye

İran Konstitusiyaya Nəzarət Şurasının (Keşikçilər Şurası) katibi və Ekspertlər Məclisinin üzvü Əhməd Cənnəti fevralın 22-də 99 yaşını qeyd edib.

Bakupost.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

O, ad günü ilə bağlı yerli mediaya verdiyi müsahibədə uzunömürlülüyü və sağlamlığının səbəbləri barədə danışıb:

“Mən hər gün müntəzəm olaraq idman edir, həftədə iki dəfə suda üzürəm”.

Qeyd edək ki, Əli Xameneinin yaxın adamı olan Əhməd Cənnətinin adı 2019-cu ildən Amerikanın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar