Dövlət və özəl sektorda çalışanların NƏZƏRİNƏ: Əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR - VİDEO
3106
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əmək Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Bakupost.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov azərtac.az-a açıqlamasında sözügedən dəyişiklikləri şərh edib.
Millət vəkili qeyd edib ki, yeni dəyişikliklərə əsasən, Azərbaycanda minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq:
“Bu o deməkdir ki, il ərzində minimum əməkhaqqının ən azı bir dəfə artırılması həyata keçiriləcək. Minimum əməkhaqqının məbləğinin artırılması vahid tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşlarımızın vəzifə maaşlarının artmasına imkan verəcək. Bu, özəl sektorda da əməkhaqqının artması deməkdir. Çünki minimum əməkhaqqının artırılması həm dövlət, həm də özəl sektor üçün keçərlidir”.