Ru
15:21 / 23 Fevral 2026

“Üçüncü Dünya müharibəsi artıq başlayıb” – Zelenskidən ilginc iddialar

“Üçüncü Dünya müharibəsi artıq başlayıb” – Zelenskidən ilginc iddialar
Eye

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın hərəkətlərini Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirib.

Bakupost.az xəbər verir ki, Ukrayna prezidenti Böyük Britaniyanın BBC telekanalına müsahibəsində bildirib ki, Moskva artıq bu prosesi işə salıb və əsas sual onun nə qədər irəli gedə biləcəyi və necə dayandırılacağıdır.

Zelenskinin sözlərinə görə, Rusiya dünyaya başqa bir həyat tərzi diktə etməyə çalışır və insanların öz seçdikləri yaşam modelini dəyişməyə məcbur edir. Ukrayna lideri vurğulayıb ki, Kiyev hazırda bu münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.

Prezident müsahibədə Ukraynanın ABŞ-dən gözləntilərinə də toxunub. O, bildirib ki, Kiyev Vaşinqtondan yalnız bir prezidentin siyasi iradəsindən asılı olmayan, uzunmüddətli və institusional təhlükəsizlik zəmanətləri istəyir. Zelenskinin sözlərinə görə, belə zəmanətlər üçün ABŞ Konqresinin iştirakı vacibdir, çünki prezidentlər dəyişir, institutlar isə qalıcıdır.

Ukrayna lideri eyni zamanda müharibənin bitməsi ilə bağlı mövqeyini də açıqlayıb. O, Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı qəbul etmədiklərini deyib və bunu sadəcə torpaq itkisi deyil, həmin bölgələrdə yaşayan insanların tərk edilməsi kimi dəyərləndirib. Zelenski hesab edir ki, belə bir addım Ukrayna cəmiyyətində ciddi parçalanmaya səbəb ola bilər.

Ukrayna prezidenti seçkilərlə bağlı suala konkret cavab verməyib. O qeyd edib ki, hazırkı müharibə şəraitində ölkədə seçkilərin keçirilməsi mümkün deyil. Bununla belə, Zelenski bildirib ki, iki aylıq atəşkəs əldə olunarsa, seçkilər üçün uyğun şərait yarana bilər.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar