Ru
15:39 / 23 Fevral 2026

Azərbaycanda suyun qiyməti QALXIR? - RƏSMİ

Azərbaycanda suyun qiyməti QALXIR? - RƏSMİ
Eye

Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Tarif Şurasının qəbul edəcəyi yeni qərara əsasən, su təminatının da qaz kimi limitlə olacağı gözlənilir. İddialara görə, yeni təklifdə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manat tarif müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bakupost.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu Globalinfo.az-a açıqlamasında iddiaların əsassız olduğunu bildirib.

"Bu məsələ ilə bağlı hər hansı məlumat, yaxud qərar mövcud deyil", - o əlavə edib.

Qeyd edək ki, ADSEA-nın bundan əvvəl yaydığı açıqlamaya görə, qurum suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bildirilib ki, sadəcə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq ADSEA-nın tabeli qurumaları arasında müzakirələr aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar