Ru
10:24 / 04 Fevral 2026

Təranə Salıfova yüksək vəzifəyə təyin edildi - FOTO

Təranə Salıfova yüksək vəzifəyə təyin edildi - FOTO
Eye

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub.


Bakupost.az Sfera.az-a istinadla xəbər verir ki, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova Mərkəzin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Təranə Salıfova Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə ikinci ali təhsil alıb. 2016-2019-cu illərdə isə doktorantura təhsilini başa vurub. 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə dissertasiya işini müdafiə edib.

Təranə Salıfova 2011-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində çalışıb.
2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri, həmin ilin sentyabr ayından Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifələrində çalışıb.
2024-cü ilin avqust ayında Mərkəzin icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub.

Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Təranə Salıfova 2020-ci ildən etibarən Biznesin İdarə Edilməsi (MBA) və SABAH magistratura qruplarında tədris aparır. O, yerli və beynəlxalq mətbuatda dərc olunmuş 25-dən çox elmi və publisistik məqalə və tezisin müəllifidir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar