***
14:48
Azərbaycanda TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanaları məlumat yayıb.
Qeyd olunur ki, TikTok-a məhdudiyyət Qarabağda aparılan lokal antiterror əməliyyatları ilə əlaqədar tətbiq edilib və müvəqqəti xarakter daşıyır.
Zaur
BakuPost
***
16:15
Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb:
"19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır".
Qeyd edək ki, bu gün Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
açılsın məncə
Məncə açılsın çünki bəzi səhifələr çörək pulunu ordan qazanır ????
Məncə lazımlı şeydir bəziləri istəmiyrək də olsa ordumuza aid ⛑️ bəzi məlumatlar paylaşır
16 12 1993 ci il Salyan rayonu Arbatan kendi 070 819 51 52 050 3547282