İran arxivlərində Qazax Xanlığı və qazax xalqının igid, döyüşkən xalq olduğuna dair yazılar saxlanılır.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada İran Prezidenti Məsud Pezeşkian ilə danışıqların yekununa həsr olunmuş brifinqdə bildirib.
“İran Yaxın Şərqdə bizim etibarlı tərəfdaşımızdır. İki qardaş xalqın tarixi kökləri, adət-ənənələri və mədəniyyəti bir-birinə yaxındır. Mənim əlimdə bir sıra tarixi faktlar var. Məsələn, Böyük İpək yolu indiki Qazaxıstan və İran ərazilərindən keçib. Böyük İpək Yolu texnologiya və dinin yayılmasına, eləcə də mədəni-mənəvi əlaqələrin dərinləşməsinə təsir göstərib”, - o deyib.
Dövlət başçısı qeyd edib ki, Səfəvilər Dövlətinin banisi Şahı İsmayıl Xətai ilk əlaqə quran Qazax Xanı Kerey olub:
“İran arxivlərində Qazax Xanlığı və qazax xalqının igidliyinə dair yazılar var. Tәukе Xanla Şah Sultan Hüseyn arasında sıx əlaqələr vardı. Tarixi mənbələrə görə, hər iki ölkənin nümayəndələri Moskvada görüşüb, İran elçisi Qazax çöllərinə səfər edib. Əbilxayır Xan Nadir şahın (Əfşar dövlətinin hökmdarı) yanına elçi göndərərək münasibətləri inkişaf etdirmək niyyətini ifadə edib”.