22:06 / 08 Oktyabr 2021

Topçubaşovun nəvəsi vəfat etdi - FOTO

1270
Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşovun Türkiyədə yaşayan yeganə nəvəsi Gülnarə Kürdəmir vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə HafizTimes.com-a Gülnarə Kürdəmirin qızı Nilufer Sanders məlumat verib.

Onun sözlərinə görə, G.Kürdəmirin cənazəsi artıq dəfn edilib:

“Anam üç gün öncə vəfat etdi. O, uzun müddət idi ki, xəstəxanada müalicə olunurdu. Anamın cənazəsini Zincirliquyu qəbirstanlığında, Kürdəmir ailəsinin üzvləri – babam Əliəşrəf Kürdəmir, nənəm Sara xanım, Zərifə xalam və qardaşım Fikrətin məzarlarının yanında dəfn ediblər”.

Xatırladaq ki, Əlimərdan bəy Topçubaşov mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub. Gülnarə Kürdəmir isə Əlimərdan bəyin böyük qızı Sara xanımın övladı idi.
Topçubaşovun nəvəsi vəfat etdi -  FOTO
Topçubaşovun nəvəsi vəfat etdi -  FOTO
Topçubaşovun nəvəsi vəfat etdi -  FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər