Tovuz rayonunda hərəkətdə olan qatar bir nəfəri vurub.
Bakupost.az APA-ya istinadla xəbər ki, hadisə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində baş verib.
Məlumata əsasən, qatar dəmir yolu xəttini keçmək istəyən orta yaşlı kişini vurub. Qatarın vurduğu şəxs dünyasını dəyişib.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.