Ru
00:24 / 09 Avqust 2025

Tramp: Azərbaycan və ABŞ arasında bu sahədə əməkdaşlıq genişləndiriləcək

Tramp: Azərbaycan və ABŞ arasında bu sahədə əməkdaşlıq genişləndiriləcək
Eye

Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcəyik.

Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

ABŞ lideri bildirib ki, 99 il ərzində Azərbaycanla Naxçıvanı birləşdirəcək yol icarəyə götürüləcək:

"Bu, bölgə üçün əhəmiyyətlidir. Həmçinin, ABŞ hər iki ölkə ilə süni intellekt və enerji sahəsində sənədlər imzalayacaq. Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirəcəyik. Bu çox böyük uğurdur. Bundan çox məmnunuq. Dünyaya sabitlik gətiririk".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar