Ru
14:56 / 04 Oktyabr 2025

Tramp III Dünya müharibəsinə belə hazrlaşır

Tramp III Dünya müharibəsinə belə hazrlaşır
Eye

ABŞ Prezidenti Donald Trampın III Dünya müharibəsi başlanacağı təqdirdə sığına biləcəyi yer müəyyən edilib.

Bakupost.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Tramp müharibə dövründə Kolorado ştatındakı gizli yeraltı şəhərdə qala bilər.

“Tramp nüvə müharibəsi üçün nəzərdə tutulan yeraltı bunkerin qapılarını açıb, onu qorumaq üçün tikilmiş yeraltı şəhəri üzə çıxarıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Şeyen dağı kompleksi Koloradoda qranit qayalıqların təxminən 600 metr dərinliyində yerləşir. Yeraltı şəhər tunellər və yaşayış üçün nəzərdə tutulan otaqlardan ibarətdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar