ABŞ Prezidenti Donald Tramp ABŞ-ın əsas hərbi qüvvələrinin İrana doğru irəlilədiyini açıqlayıb və Tehranın razılığa gələcəyinə ümid etdiyini bildirib.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Yeri gəlmişkən, hazırda daha bir böyük, gözəl ordu çox gözəl şəkildə İrana doğru irəliləyir. Ona görə də deyirəm – görəcəyik. Ümid edirəm ki, onlar razılığa gələcəklər”, – ABŞ prezidenti vurğulayıb.
Donald Tramp çıxışında həmçinin ABŞ-ın 2025-ci ilin iyun ayında İranın nüvə imkanlarını məhv etdiyini qeyd edib. Onun sözlərinə görə, həmin vaxt Fordo, Nətənz və İsfahan ərazilərində yerləşən İran nüvə obyektlərinə zərbələr endirilib.