Ru
14:12 / 27 İyun 2026

Tramp Təl-Əvivlə Beyrutu barışdırdı: Livana da sülh gəlir?

Tramp Təl-Əvivlə Beyrutu barışdırdı: Livana da sülh gəlir?
Eye

ABŞ-də Vaşinqton, Təl-Əviv və Beyrut rəsmiləri arasında imzalanan Çərçivə Sazişinə əsasən İsrail öz qüvvələrini tədricən Livandan çıxaracağını öhədsinə götürüb.

Sazişlərə əsasən, tərəflər "Livan Silahlı Qüvvələrinin bütün Livan ərazisi üzərində effektiv suveren nəzarətini bərpa etmək" və Livanda "qeyri-hökumət qruplarını tərksilah etmək və onların əlaqəli infrastrukturunu sökmək" üçün səy göstərəcəkləri qərarına gəliblər. Bu isə İsrail qüvvələrinin Livan ərazisindən tədricən çıxarılmasına imkan verəcək.

Tərəflər Livanda İsrail qüvvələrinin tədricən Livan qüvvələrinə verəcəyi iki zonanı müəyyən ediblər. Amma sözügedən konkret ərazilər göstərilməyib.

Bu saziş nə vəd edir və baş tutacaqmı?
Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, Livan məsələsində Livan hökuməti ilə İsrail, ABŞ və ya digər başqa tərəf arasında imzalanacaq istənilən sazişin praktik baxımdan uzunömürlü olacağı və real nəticələr verəcəyini düşünmür:



“Bunun əsas səbəbi odur ki, Livanda əsas yerli hərbi aktor “Hizbullah”dır. “Hizbullah”ın proseslərdən kənarlaşdırılmasına hesablanmış istənilən razılaşma nə təşkilatın özü, nə də müharibədən sonra belə onu dəstəkləməkdə davam edən İran tərəfindən qəbul ediləcək”.

Digər tərəfdən, ekspertin sözlərinə görə, Livan hökumətinin yaxın gələcəkdə ölkənin bütün ərazisinə tam nəzarət etmək imkanı da yoxdur:

“Tarix boyu belə bir vəziyyət formalaşmayıb və mövcud siyasi-hərbi reallıqlar fonunda bunun yaxın gələcəkdə baş verməsi ehtimalını da çox aşağı qiymətləndirirəm”.

Bununla belə, müsahibimiz əldə edilən saziş fonunda regionda müəyyən yeni siyasi və təhlükəsizlik konfiqurasiyasının formalaşa biləcəyini də istisna etmədi:

“Lakin bu çərçivədə “Hizbullah”ın zərərsizləşdirilməsi və ya tamamilə prosesdən kənarlaşdırılması üzərində qurulan hər hansı razılaşmanın uğur qazanacağına skeptik yanaşıram. Bu səbəbdən belə sazişlərin davamlı və sabit nəticələr verəcəyinə inanmıram”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar