Ru
13:47 / 17 Aprel 2026

Tramp xərçəngi məhv etməyin yolunu dedi, amma…

Tramp xərçəngi məhv etməyin yolunu dedi, amma…
Eye

ABŞ Prezidenti Donald Trampın qazlı içkilərlə bağlı səsləndirdiyi fikirlər dünyada səs-küyə səbəb olub.

Sitat: “Pəhriz kolası mənim üçün faydalıdır. Onu otun üzərinə tökəndə otu öldürür, ona görə də bədəndəki xərçəng hüceyrələrini də öldürməlidir”.

Əksəriyyət Trampın kolanı faydalı içki kimi təqdim etməsini təəccüblə qarşılayıb.

Əslində reallıq nədən ibarətdir?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva pəhriz kolasının tərkibində şəkər əvəzinə süni şirinləşdiricilər olduğunu bildirib.

“Bu maddələr beynəlxalq qurumlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi təhlükəsiz limitlər daxilində istifadə olunduqda ümumi əhali üçün təhlükəli hesab edilmir. Amma bu, onların faydalı olduğu anlamına gəlmir. Pəhriz kolasından uzunmüddətli və tez-tez istifadə sağlamlıq riskləri ilə nəticələnə bilər. Bu içki insulin müqaviməti və iştahın artması kimi metabolik pozğunluqlara səbəb olur. Eyni zamanda, bağırsaq mikrobiotasına mənfi təsir göstərir. Şirin dadın davamlı stimullaşdırılması nəticəsində isə qida seçimlərində dəyişiklik yarana bilər. Bəzi tədqiqatlarda ürək-damar xəstəlikləri ilə mümkün əlaqə ehtimalı müzakirə edilsə də, bu istiqamətdə səbəb-nəticə hələ tam sübut edilməyib”.

Terapevt bildirib ki, kolanın xərçənglə bağlı iddiaları elmi baxımdan təsdiqlənmir:

“Mövcud araşdırmalar göstərir ki, pəhriz kolası və ya onun tərkibindəki şirinləşdiricilər normal istehlak səviyyəsində xərçəng hüceyrələrini “öldürmür”. Eyni zamanda, o, birbaşa xərçəngdən müalicə vasitəsi kimi istifadə edilə bilməz. Orqanizmdə bu cür proseslər olduqca mürəkkəbdir və belə sadə yanaşmalarla düzgün qiymətləndirilə bilməz”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar