Ru
18:35 / 17 Oktyabr 2025

Trampın keçmiş müşaviri məhkəmə qarşısına çıxarıldı

Trampın keçmiş müşaviri məhkəmə qarşısına çıxarıldı
Eye

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton məxfi sənədlərlə qanunsuz davranmaqda ittiham olunur.

Bakupost.az -ın Fox News-a istinadən məlumatına görə, Boltona qarşı irəli sürülən ittihamdan sonra o, federal orqanlara təslim olub.

Bolton Merilend ştatındakı evinin yaxınlığında və daha sonra Qrinbelt şəhərində yerləşən məhkəmə binasına daxil olarkən görüntüsü lentə alınıb.

Keçmiş müşavir mətbuat nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib.

Bolton məhkəmədə açıqlama verməsə də, bir gün əvvəl yaydığı bəyanatda “qanuni addımlarını müdafiə etmək və Trampın hakimiyyətdən sui-istifadəsini ifşa etmək imkanı üçün səbirsizliklə gözlədiyini” bildirib.

O ittihamları siyasi motivli adlandırıb və onları qəti şəkildə rədd edib.

Qeyd edək ki, Con Bolton ABŞ-nin milli müdafiəsinə aid məlumatların ötürülməsi və saxlanması da daxil olmaqla, 18 maddə üzrə ittiham olunur.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar