Ru
18:48 / 06 Avqust 2025

Trampın xüsusi nümayəndəsi Putinlə görüşdən əvvəl görün nə yeyib? - FOTO

Trampın xüsusi nümayəndəsi Putinlə görüşdən əvvəl görün nə yeyib? - FOTO
Eye

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu gün səhər Moskvada “qrand-çeburek”lə (ətli qutab) nahar edib.

Bakupost.az "RİA Novosti”yə istinadla xəbər verir ki, amerikalı diplomat Kremlə danışıqlara getməzdən əvvəl Moskvanın restoranlarından birində bu yeməyi 550 rubla (11 manat 68 qəpik) sifariş edib.

Xatırladaq ki, avqustun 6-da Stiv Uitkoff bu il ərzində artıq beşinci dəfədir Moskvaya səfər edir.

O, əvvəlcə Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ilə birlikdə “Zaryadye” parkında gəzib, daha sonra isə Kremlə gələrək Vladimir Putinlə görüşüb.

Ayxan,
BakuPost

Trampın xüsusi nümayəndəsi Putinlə görüşdən əvvəl görün nə yeyib? - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar