Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə son telefon danışığı zamanı onu ad günü münasibətilə təbrik etməyib.
Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, Uşakov jurnalistlərə açıqlamasında bu barədə söhbət açılmadığını bildirib.
“Açığı, bu məsələ o yerə çatmadı. Söhbət bizim təşəbbüsümüzlə oldu. Amma heç kim ad günü məsələsini qaldırmadı”.
O əlavə edib ki, danışıqlar əsasən əməkdaşlıq məsələlərinə və regional mövzulara həsr olunub.