Ru
18:17 / 17 Noyabr 2025

TRIPP layihəsi üzrə razılaşmaların icrasına başlanıldı

TRIPP layihəsi üzrə razılaşmaların icrasına başlanıldı
Eye

Ermənistan və ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə iki ölkə lideri Donald Trampla Nikol Paşinyanın görüşü zamanı əldə olunan razılaşmaların icrasına başlanılıb”​.


Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Huker arasında baş tutmuş görüşdə bildirilib.

“ABŞ və Ermənistan arasında uzunmüddətli əməkdaşlıq, eləcə də Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinə nail olmaq baxımından əldə olunmuş tərəqqi və Türkiyə ilə münasibətlərin normallaşması Cənubi Qafqazın həyati əhəmiyyətli ticarət marşrutu kimi açılması baxımından perspektivlər yaradır”, - Ellison Huker deyib.

O, həmçinin Ermənistana səfərinin əsas məqsədinin ticarət, investisiya, infrastruktur, regional kommunikasiyalar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək olduğunu qeyd edib.

Paşinyan isə iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə çıxdığını və bu tərəfdaşlığın həm Ermənistan hökuməti, həm də ictimaiyyəti tərəfindən yeni şəkildə qəbul edildiyini nəzərə çatdırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar