Ru
22:03 / 05 Dekabr 2020

Türk hərbçilərin Qarabağda yerləşəcəyi ərazi məlum oldu

Türk hərbçilərin Qarabağda yerləşəcəyi ərazi məlum oldu
Eye

Hazırda Rusiya və Türkiyə arasında birgə monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi yekunlaşır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib. Belə ki, birgə mərkəz Ağdamda yerləşəcək.

Bu barədə "Vestnik Kavkaz" məlumat yayıb.

Bildirilib ki, Türkiyə hərbçiləri atəşkəsə dronlar vasitəsilə nəzarət edəcəklər.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, Qarabağda 10 noyabr tarixində atəşkəs elan edilib, hərbi əməliyyatlar dayandırılıb. Atəşkəsə riayət edilib-edilmədiyini yoxlamaq üçün Türkiyə-Rusiya birgə monitorinq mərkəzi yaradılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar