Ru
17:27 / 05 Fevral 2026

Türk təşkilatlarının rəhbərləri arasında görüş

Türk təşkilatlarının rəhbərləri arasında görüş
Eye

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən vəzifəyə təyinatından sonra ilk dəfə Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) qonağı olub. Ziyarət çərçivəsində təşkilatın prezidenti Aktotı Raimkulova ilə görüş keçirilib.

Aktotı Raimkulova görüş zamanı Ramil Həsəni baş katibi təyin olunması münasibətilə qəlbdən təbrik edib, nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu bildirib.

Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti nəzərdən keçirilib, birgə təşəbbüslərin həyata keçirilməsi imkanları, eləcə də qarşılıqlı dialoqun institusional əsasda daha da möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər Türk dünyasının ortaq tarixi, mədəni və mənəvi dəyərlərinin qorunması və beynəlxalq müstəvidə təşviqi istiqamətində əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb. Bu kontekstdə TMİF Fondu ilə TÜRKPA-nın bir-birini tamamlayan, strateji baxımdan qarşılıqlı rol oynayan iki qardaş qurum olduğu qeyd olunub. Görüşdə həmçinin gələcək dövrdə mədəni irsin təşviqi, humanitar əməkdaşlıq və ortaq layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Bu görüş Türk dünyasında mədəni və parlament diplomatiyası arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar