Ru
18:29 / 26 Fevral 2026

Türkiyə ABŞ-nin hücumu halında İrana daxil olacaq?

Türkiyə ABŞ-nin hücumu halında İrana daxil olacaq?
Eye

Türkiyə Müdafiə Nazirliyi bəzi xarici KİV-in ABŞ tərəfindən hücum ediləcəyi təqdirdə Türkiyənin İran ərazisinə daxil olacağı planları barədə iddialarını təkzib edib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk nazirliyin həftəlik mətbuat brifinqində çıxışı zamanı məlumat verib.

"ABŞ-nin İrana hücumu halında Türkiyənin təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığına dair iddialar həqiqəti əks etdirmir", - deyə Zeki Aktürk bildirib.

Qeyd edək ki, daha əvvəl Qərb KİV-də yayılan xəbərlərdə İran və ABŞ arasında münaqişənin gərginləşməsi halında Ankaranın İran ərazisində bufer zonasının yaradılması üzrə planlar hazırladığı iddia edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar