TÜRKİYƏ MÜTLƏQ QALİB GƏLƏCƏK
Türkiyəli qəzetəçi-araşdırmaçı yazar olan İbrahim Axısqalı bu günlərdə Bakıya təşrif gətirib. Bir çox televiziya kanallarında ekspert olaraq çağdaş Türkiyə siyasətinin fəlsəfəsi üzərinə maraqlı yorumları, yozumları ilə rəğbət qazanıb. Əslən Axıska türklərindən olan İbrahimin bir özəlliyi 12 dildə sərbəst danışa bilməsi, digər bir özəlliyi isə lap erkən yaşlarından hafiz olmasıdır.
- İbrahim bəy, xoş gəlmisiniz Vətənə.
- Xoş gördük.
- Türkiyədə sizi çox yaxşı tanıyırlar. Azərbaycan oxucusu üçün isə bir təqdimatın artıqlığı olmaz...
- Mən İbrahim Axısqalı. Orta Asiya doğumluyam. Sonra Azərbaycanda bir müddət yaşamışam. 43 yaşım var. 24 ilə yaxındır ki İstanbuldayam. Təhsilimi Türkiyədə bitirib yüksək lisasınmı da Misirdə tamamladım. İndi kamu görəvlisiyəm. Məhkəmədə xarici vətəndaşlarla bağlı yabançı dillər üzərinə uzmanam.Türkiyədə xarici vətəndaşlarla bağlı kifayət qədər araşdırma aparmışam.
- Xarici dediyin zaman, ilk ağla gələn Türkiyədir. Düzdür, Suriya, suriyalı heç vaxtı Türkiyə üçün, türk insanı üçün problem olmayıb, xarici sayılmayıb. 4 milyona yaxın insanı öz vətəndaşı kimi barındırmaq, yaşatmaq, sahib çıxmaq, Türkiyə üçün çətin deyilmi?
- Doğrusu, həm də bu yabançı sözünə də qarşıyam. Mənim üçün dünyanın harasında bir türk varsa, ora mənə vətəndir. Həmişə bizlərə belə aşıladılar ki, hə, bu yabançıdır. Bu qırğızdır, bu özbəkdir, bu türkməndir. Ancaq məsələnin kökünə vardığımızda aydın olur ki, təməldə bu adlarını saydığımız toplumlar bir millətdirlər.
- Bunu hardan bilirik və ya bilməliyik?
- İndi tarixə yönəlik baxdığımızda türk boylarımız vardır. Dilləri, örf-adətləri, dinləri bir mənalı şəkildə eynidir. Daha bundan o tərəfi ola bilərmi? Ona görə də heç vaxt itirmədən bir-birimizə qucaq açmalı, bir-birimizə sarılmağımız lazımdır. Bir-birimizlə yaxınlıq etmək lazımdır. Beləliklə, Turan birliyini qurmağımız lazımdır.
- Aha.. maraqlı yerə gəldik. Bu yaxınlarda Türk dövlətlətlərinin məlum zirvə toplantısı oldu. Sizcə, bu birliyin bu gün olması nəyə görə vacibdir?
- Politika adından da göründüyü kimi çox üzlü, yəni öz çıxarları üçün, mənfəəti naminə bir çox yola baş vurur. Sualınıza cavab olaraq bu birlik niyə reallaşa bilmir, bu birlik baş tutmur? Məncə, bu işlərin öz yerini almaması üçün zamanında lazımi əngəlləri çıxara bilmişlər. O zorunluq və əngəllər hələ də davam edir. Üzdən belə hər şey rahat görünsə də, sanki bu işin baş tutacağı mənzərəsi yaransa da, fikrimcə, türk birliyinə gedilən yolda da kifayət qədər maneələr törətməkdən çəkinmirlər.
- Doğrudan da bu güclər varmı? Yoxsa bəhs etdiyimiz istiqamətdə hər-hansı bir çalışmanın alınmasında bir nəsil olaraq tənbəllik edirik?
- İki ay bundan əvvəl İstanbul hava limanında etnospor həyata keçirildi. Cümhur başqanı hörmətli Ərdoğan və onun oğlu Bilal Ərdoğanın təşkil etdikləri bir tədbirdə bütün türk cümhuriyyətləri, daha doğrusu, hər biri özlərinə məxsus adət və ənənəni göstərə biləcək şəkildə orda nümayiş etdirməsi gerçəkdən sevindirici və göz yaşardıcı bir mənzərəydi. Adicə elə o göstəridə türk cümhuriyyətlərinin bir- birini qucaqladığını gördükdə, düşünürsən ki, bayraqlarımızın rəngi dəyişik olsa da, onların təmsil elədikləri ruh birdir.
- Bu gün elə bir ölkə yoxdur ki, Türkiyədən bəhs edilməsin. Türkiyə son 10-15 ildir ki, ağır bir dönəmdən keçir. Sizcə böyük güclər Türkiyədən nə istəyirlər? Yaxud Türkiyənin istədiyi bir şey varmı? İndiki dönəmdə Türkiyənin missiyası nədir, hansı missiyanı yüklənib dünyada baş verənlər müstəvisində?
- Türkiyənin 15 il əvvəlki vəziyyətinə baxdığımızda Türkiyənin bəzi ölkələrdə reallaşdırmaq istədiyi bəzi proyektlərə əngəl çıxarırdılar. Ancaq indi deyə bilirik ki, iqtisadi və digər sahələrdə bu əngəlləri Türkiyə aşa bilir. Xarici qüvvələr isə hər cür çətinliklər yaradaraq, Türkiyənin böyüməsinin qarşısını almağa çalışsalar da, bu artıq gecdir və mümkün deyildir.
- Türkiyə böyüsə mənzərə necə olar ki?
- Bilirlər ki, Türkiyə böyüsə əməlli-başlı onlara rəqib olar. Türk dövlətlərinin bir arada olması, onların bir-birlərilə isti münasibətləri, birgə müxtəlif sahələrdə keçirdikləri tədbirləri görən xarici qüvvələr, istər-istəməz narahatçılıq keçirməli olur. Çünki bu dövlətlər sabah biri gün gerçək mənada bir arada olsalar, o zaman mənzərəni siz təsəvvür edin. Bunlar asanlıqla həzm ediləcək bir məsələ deyildir. Ona görə də onlar Türkiyəyə bəzi yollardan hücum edirlər. Bura təbii ki, iqtisadi yollar da daxildir. Biz isə inanırıq ki, Türkiyə elə bir gənc nəslə sahibdir ki, kimlərinsə iyrənc məqsədlərinə alət olmadan mübarizəsini aparmağı bacarır. Bunu biz bütün türk cümhuriyyətlərində də görə bilirik. Düşünürəm ki, bu mübarizə birgəlikdə daha effektli olacaqdır.
- Şəxsən sizin gözlədiyiniz səslər Türk cümhuriyyətlərindən gəlirmi? O səslər sizləri qane edirmi?
- Keçənlərdə özbək əsgərləri ilə qazax, qırğız əsgərləri ilə ortaq bir tətbiqat həyata keçirdilər. Bu birlik və bərabərliyə işarədir. Bu olduqca önəmli məsələdir. Məncə, bizləri kimlərsə bir -birimizdən qopara bilməzlər. Artıq sən qazax, qırğız, türkmənsən, sən axısqalı, tatar, başqırd, qaraçaysan kimi ifadələrlə ayrışmaya doğru təşviq eləsələr də, məncə, indi yetişən nəsil tam istədiyimiz bir ruhda başqalarının pis niyyətlərini gözlərində qoyur və qoyacaq. Türkiyə də bu yeni nəslə güvənir.
- Türkiyənin qarşısında iki seçimi vardı. Bu seçimi keçən əsrin əvvəllərində Ənvər Paşa da sınaqdan çıxarmaq istədi. Təəssüf ki alınmadı. Bu nəydi? Türkiyə ya İslam coğrafiyası üzərindən böyüməli, ya da türk xalqları üzərindən? Yaxud da mümkün olursa, hər iki coğrafiya və faktor bu birlik və bütövlüyü əhatə etməlidir? Sanki Türkiyə əvvəlcə bu gün İslami damarı yoxlayıb alınmadığını görüncə, indi Türk dövlətlərinin birliyi yolunu sınaqdan keçirir kimi bir mənzərəylə üz-üəyik. Yaxşı olmazdımı ki, bu variantı elə əvvəldən seçərdi?
- Türkiyə hər gün yeni bir layihələr ortaya qoyur. Türkiyə məncə, gənc nəslimizi nəzərə alan bir proje ortaya qoyur. Hər kəsə xitab edəcək bir yolda addım atır. Bəlli bir vaxt var ki, hər kəsin o vaxta, tarixə kimi yetişdirilməsinin mübarizəsini aparır Türkiyə. Həm də 100 illik anlaşma bitmək üzərədir.
- Lozan anlaşması...
- Bəli. Bu anlaşmanın bitdiyini görən xarici qüvvələr narahat olmağa başlayırlar. Düşünürlər ki bu müqavilə bitdiyi zaman, Türkiyə bəzi gedişatlar edəcək. O vaxt da kimsənin işinə gəlməyə bilir. Ona görə də, bildiyiniz terror təşkilatlarını içərimizə yeridərək, hər cür alçaqlığı yapırlar. Biz buna inanırıq ki, bizlərdə birlik və bərabərlik olduğu müddətcə bizləri məğlub edə bilməzlər. Bu sürəcədə həm də Türkiyənin türk cümhuriyyətlərinə yönəlik projeləri, strateji düşüncələri olmamış deyil.
- Bu Türkiyənin öz istəkləridirmi, yoxsa başqalarının ortaya qoyduğu bir proyektdir? Bunu pis başa düşməyin. Çünki indiyə kimi bizim türkçülüyümüz də, islamçılığımız da, müasirliyimiz də bizə çəkilən çizgilər içərisində təqdim edilib.
- Türk Silahlı Qüvvələrinin sərhəddin o tayında həyata keçirdiyi əməliyyat bununla bərabər içəridə və çöldə həyata keçirdiyi əməliyyatlar iç və xarici qüvvəllərin işlərinə gəlmir. Olsun. Buna rağmən TSK dövlətin strategiyası olaraq hər cür proyektləri reallaşdırır. Bu həyata keçirilən işlər Türkiyəyə strateji olaraq çox şeylər qazandırır. Nəyə görə Türkiyə sərhədlərin o üzündə əməliyyatlar həyata keçirir? Yaxud etmək məcburiyyətindədir?
- Əla. Bura gələcəkdim..
- Bəli... bu günə kimi niyə etməmişdi bütün bunları? Çünki bu günə qədər Türkiyə sərhədlər keçəcək gücdə deyildi. O nöqtəyə gəlib çatmamışdı. İndi demək ki, Türkiyə o həddə çata bildi. Həm də bəzi Türk cümhuriyyətlərinin mənəvi dəstəyinə də ehtiyac vardı.
- Daha doğrusu, bu dəstəkdən əmin olması lazımmı...
- Bu dəstəkdən də əmin olması lazım idi. Bununla bahəm, “mən tək deyiləm” kimi dünyaya olduqca önəmli bir mesaj verməyi mütləq lazım idi. Bu məsələdə bəlli bir yerə kimi gələ bildik fikrindəyəm. Qaldı da Türkiyənin Suriyaya girməyə haqqı hər kəsdən daha çox idi. Çünki oralar Osmanlı əraziləri olduğunu dünya bilir. Bir zamanlar bizdən çəkib aldılar. Oralar bizim oylaqlarımız olub. Bu gün də bizə düşən bir dövlət olaraq baş verənləri nəzərə alaraq, orda bir hərbi əməliyyat həyat keçirməyimizdir. Onu da etdik edirik. Həm də bizim sərhədimiz Suriya zad deyildir. Bizim sərhədimiz Qızıl Almadır.
- Yəni Nizami Aləm demək istəyirsiniz... yəni Haqqın qapısı...
- Bəli. Qızıl Almada nə qədər türk boylarımız var. İndi kimlərinsə nələr deməyinə baxmağa gərək yoxdur. Tarix bizə görə nəyi məsləhət bilirsə, türk millətinin gələcəyi naminə o addımı da atmaq məcburiyyətindəyik. Həm də bu addımı atırıq.
- Reallığı danışsaq, bu günə kimi xarici qüvvələr bir çox terror şəbəkəsi və təşkilatları vasitəsi ilə illərdir, Türkiyə dövlətinə zərər vurmağa, onu yıxmağa çalışsa da bir şey əldə edə bilmədi. Bu terror səbəbindən də TSK sərhədi keçdi. Eyni terror quruplaşmaları qaçıb Qarabağı özünə məskən eləməyi bilinən bir məlumatdır. PKK bütün qara və çirkli pullarını Qarabağ torpağı üzərindən qazandığını da bilməyən yox. TSK Qarabağda əməliyyat apara bilərmi?
- Məncə, hələ o həddə gələ bilmədik. Bir çox zəif nöqtələrimizin də olduğunu bilirəm. Türkiyə heç vaxtı müharibə etmədi. Sadəcə əməliyyatlar həyata keçirdir. İndi Türkiyə ermənilərlə savaş deyil, ordakı soydaşlarımızın problemlərini ortadan qaldırmaq üçün əməliyyat həyata keçirə bilər deyə düşünürəm. Gerçəklər bunu deyir ki, TSK-nın Qarabağa girməyinin hələ zamanının gəlmədiyi qənaətindəyəm. Yəni biz hələ savaşmırıq. Bunu bilmək lazım.
Bunu vurğulamaq istəyirəm. Dünyada türk olmaq olduqca çətindir. Çünki dünya ilə savaşırsan. Türk olmamaq daha da çətindir ki, türklərlə üz-üzə gəlirsən, savaşırsan.
- Lozan anlaşmasının da vaxtının bitməyinə necə deyərlər, lap saatlar qalır belə götürəndə...
- Məsələ budur da. Ona görə bütün dünya ayağa qalxıb. Ona görə də Türkiyənin içində qarışıqlıq salıb bölmək, dağıtmaq istəyir, niyyətlərinə nail olmağa çalışırlar. Hər cür hiyləyə də baş vururlar. Bildiyiniz, “böl, parçala, idarə et“ anlayışı hələ də qüvvədədir. Türkiyə bir çox örgütlərlə mübarizə aparır. Hətta 15 temmuz (İYUL) hadisəsi də yadınızdadır. Bizim mübarizəmiz DAXİLdə daha çətindir. Onu bilirəm ki, Türkiyə bu baş verənlərin fonunda mütləq qazanacaq, qalib gələcək. Bizə bir az da vaxt lazımdır.
- Bu proseslərdə TRT-də gedən bir çox filmlər də sanki dövlətin proyekti kimi çıxış elədi....
- O filmlərin seyr edilməsiylə dünya əcdadlarımızı tanıdı. Tanıdı ki, bildi ki, biz də o kişilərin nəvələriyik.
- Təşəkkürlər. Sağ olun.
- Siz də var olun.
Söhbətləşdi: x.telmanoğlu
HALAL OLSUN, SIZA VA SIZI TARBIYA EDAN ATAYA VA ANAYA!