Ru
23:58 / 27 Noyabr 2020

Anadolu agentliyi Ağdamdan görüntülər yayımladı FOTOLAR + VİDEO

1622
Türkiyənin Anadolu agentliyi işğaldan azad olunana Ağdam rayonunun dəhşət saçan görüntülərini əks etdirən “Ağdam 27 il sonra azadlığına qovuşdu” sərlövhəli videomaterial hazırlayıb.

Videomaterial erməni vandalları tərəfindən dağıntı və təhqirə məruz qalam Ağdam cümə məscidinin görüntülərinin nümayişi ilə başlayır. Sonra məscidin tarixi geniş planda tamaşaçıya çatdırılır. Bunun ardınca şəhərin acınacaqlı mənzərəsi göstərilir. Kadrlardan belə təsəvvür yaranır ki, vaxtilə Qafqazın ən əzəmətli şəhərlərindən sayılan bu məkan sanki vəhşi bir qəbilənin, gəmiricilər sinfinə daxil olan sürünün hücumuna məruz qalıb.

Qeyd edək ki, xarici mətbuat, eləcə də Türkiyənin aparıcı KİV-ləri Ağdam rayonunu atom bombasının təsirindən dağıdılıb viran qalan Xirosimaya bənzədiblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər