Ru
22:47 / 15 Dekabr 2025

Türkiyə qırıcıları hava məkanını pozan PUA-nı vurdu

Türkiyə qırıcıları hava məkanını pozan PUA-nı vurdu
Eye

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanına daxil olan PUA-nı məhv edib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb. Sözügedən dronun nəzarətdən çıxdığı müəyyən olunub.

Arzuolunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurularaq endirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar