Ru
20:33 / 15 Dekabr 2025

Fransanın keçmiş baş naziri xəstəxanaya yerləşdirildi

Fransanın keçmiş baş naziri xəstəxanaya yerləşdirildi
Eye

Fransanın keçmiş baş naziri və Po şəhərinin indiki meri Fransua Bayru ağır qrip infeksiyası ilə şəhər xəstəxanasına yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, 74 yaşlı siyasətçinin vəziyyəti tədricən yaxşılaşsa da, daha bir neçə gün həkim nəzarəti altında qalacaq. Bildirilib ki, F.Bayru dekabrın 5-də xəstələnib.

Qeyd olunub ki, bu ayın əvvəlində Fransada tənəffüs yolu infeksiyalarında artım qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar