İran Parlamentinin Mədəniyyət Komissiyasının üzvləri İsmail Səyavuşi və Əhəd Beytute Ermənistana 3 günlük səfərləri çərçivəsində Ermənistan Parlamentinin Dostluq Qrupunun üzvləri ilə görüşüb və danışıqlar aparıblar.
Bakupost.az xəbər verir ki, bu barədə İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatı məlumat yayıb.
Ermənistan Parlamentində baş tutan görüşdə İranın Ermənistandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed də iştirak edib.
İran nümayəndə heyəti Ermənistan məktəb və universitetlərində fars dilinin tədrisinin təşkilinə görə Ermənistan hökumətinin dəstəyini alqışlayıb.
Görüşün əsas mövzusu iki ölkə arasında mədəni və ictimai əlaqələrin genişləndirilməsinin vacibliyi olub.