Oktyabrın 12-də Ankarada Türkiyə və Suriya nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq və aktual regional məsələlər müzakirə olunacaq.
İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, eləcə də Suriyanın müvafiq qurumlarının nümayəndələri iştirak edəcəklər.