Ru
10:46 / 09 Fevral 2026

Türkiyədə Epşteynin bənzəri tapıldı – “İnsanlar mənə sərt baxırlar” – VİDEO

Türkiyədə Epşteynin bənzəri tapıldı – “İnsanlar mənə sərt baxırlar” – VİDEO
Eye

Kayserili Rıfat Özdəmir cinsi istismar ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Cefri Epşteynə bənzədilməsindən narahat olduğunu bildirir. Özdəmir deyir ki, küçədə yeriyərkən insanların mənfi baxışları ilə üzləşir.

Kayseridə yaşayan 55 yaşlı Rıfat Özdəmirin oxşarlıq səbəbindən başı dərddədir.

Qız uşaqlarına qarşı cinsi istismar ittihamı ilə həbsdə olduğu dövrdə həbsxanada ölü tapılan milyarder Cefri Epşteynə bənzədilən Özdəmir insanların ona qarşı sərgilədiyi mənfi münasibətdən narahatlığını dilə gətirib.

Rıfat Özdemir bildirib ki, əvvəlcə vətəndaşlar ona sərt baxışlarla yanaşmağa başlayıblar:

“İlk olaraq məni bacım oğlu bənzətdi və “dayı, sən Jeffrey Epşteynə çox oxşayırsan” dedi. Mən Epşteynin kim olduğunu bilmirdim. Sonradan xəbərlərə baxdım, sosial mediadan kim olduğunu öyrəndim. Mən elə bir adama bənzədilmək istəmirəm. Məni o cür insanlarla eyniləşdirməyin. Mən öz işi-gücü ilə məşğul olan, sadə bir vətəndaşam”.


“Həyatıma pis təsir etdi”


“Oxşarlıq ola bilər, bu mənim üçün bəxtsiz bir hadisədir” deyən Özdəmir qeyd edib ki, bu vəziyyət onun gündəlik həyatına mənfi təsir göstərir:

“Küçədə yeriyəndə insanlar mənə sərt baxırlar. Şifahi olaraq bir söz deyən yoxdur, amma baxışlar insanı narahat edir. İnsanlar təəccüblü bir səslə “Epşteynə oxşayır” deyirlər. Bunu eşidəndə əsəbləşirəm. Çünki xoş bir adam deyil. Ona bənzədilmək xoş hiss deyil”.


“Saç modelimi dəyişəcəyəm”



“Xahiş edirəm, məni Epşteynlə müqayisə etməsinlər” deyən Rıfat Özdəmir bildirib ki, bundan sonra görünüşündə dəyişiklik etməyi düşünür:

“Özümə aid ola biləcək dəyişiklikləri etməyi planlaşdırıram. Saç modelimi dəyişəcəyəm, saqqal saxlayacağam. Bu məsələ gündəmdən düşənə qədər bir az əziyyət çəkəcəyəm. Mən saqqal saxlamağı sevmirəm, indiyə qədər də saxlamamışam, amma indi buna məcburam. Saçlarıma fərqli bir üslub verəcəyəm ki, o adama bənzəməkdən uzaqlaşım. Üz ifadəmi necə dəyişəcəyimi bilmirəm. Üz qırışlarım demək olar ki, tam üst-üstə düşür. Söyən və ya söz atan olmayıb, amma sərt baxırlar. Baxışlarından nə demək istədiklərini hiss edirəm. Mən Epşteyn deyiləm. Kayseridən elə pis adamlar çıxmaz”.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar