Ru
10:58 / 16 Aprel 2026

Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi

Türkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi
Eye

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin atası məhkəmə qərarı ilə həbs olunub.


Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Daha əvvəl dəhşətli əməli həyata keçirən məktəblinin atasının saxlanıldığı barədə açıqlama verilmişdi.

"Həbs edilən şəxsin evində və avtomobilində axtarışlar zamanı tapılan rəqəmsal materiallar müsadirə olunub və araşdırılır. Cinayət yeri araşdırmaları başa çatıb və kamera qeydləri də daxil olmaqla bütün sübutlar diqqətlə qiymətləndirilir. İlkin məlumatlara əsasən, hadisənin terror aktı olmasına dair heç bir əlamət yoxdur. Bunun fərdi hücum olduğu düşünülür", - deyə idarədən bildirilib.

Dəhşətli hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən Kahramanmaraşda 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar