İstanbul Baş Prokurorluğunun futbolda qanunsuz mərc üzrə apardığı istintaq çərçivəsində “Fənərbaxça”lı Mərd Hakan Yandaş, İsmayıl Yüksək və “Qalatasaray” Metexan Baltaçı barədə həbs qərar verilib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) təhqiqatına əsasən, Mərd Yandaşın hesablarında 2017-dən bu yana yüz milyonlarla lirə məbləğində pul girişi və çıxışı olub.
Eyni zamanda İsmayıl Yüksək üçün xüsusi mərc kuponlarının intensiv şəkildə oynandığı və bu kuponların əksəriyyətinin qazandığı müəyyən edilib. Bu məlumatlar, futbolçuların qanunsuz mərc oyunlarında iştirak etdiyinə dair istintaq üçün əsas dəlil kimi qiymətləndirilib.
MASAK-ın araşdırmasına görə, “Qalatasaray”ın “Eyüpspor”dan transfer etdiyi Metexan Baltaçının 36 fərqli mərc kuponu oynadığı müəyyən edilib. Kuponların məbləği 5–1.800 TL arasında dəyişir və oyunçunun yalnız 5 kupondan 920 TL qazancı olub. Hesabata görə, məbləğ nisbətən aşağı olsa da, peşəkar futbolçu üçün etik və intizam baxımından araşdırma predmetidir.
Hüquq-mühafizə orqanları, futbolçuların bu qanunsuz maliyyə əməliyyatlarına görə həbs olunduğunu və istintaqın davam etdiyini açıqlayıb. Məqsəd, həm mərc şəbəkələrinin, həm də idmançılar arasındakı maliyyə əlaqələrinin tam şəkildə ortaya çıxarılmasıdır.
Cavid, BakuPost