Ru
17:41 / 15 Dekabr 2025

Ucuz bilet tələsi – Avropaya səyahət edənlərin diqqətinə

Ucuz bilet tələsi – Avropaya səyahət edənlərin diqqətinə
Eye

Böyük Britaniyada fəaliyyət göstərən “Which?” təşkilatının araşdırmasına görə, Avropada fəaliyyət göstərən aşağıbüdcəli və iri daşıyıcılar aviaşirkətlər əl və qeydiyyatdan keçən baqajla bağlı qaydalarında, eləcə də qiymət siyasətində əhəmiyyətli fərqlər var.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, sərnişinlərin səyahət planlaşdırması zamanı üzləşdiyi əsas problemlər əlavə xərclər və baqaj siyasətindəki qeyri-müəyyənliklərlə bağlıdır.

Araşdırmaya görə, əl baqajı ilə bağlı tətbiq olunan qaydalar aviaşirkətlər arasında ciddi şəkildə dəyişir. Bir sıra şirkətlər yalnız kiçik ölçülü şəxsi çantaya icazə verdiyi halda, digərləri kabin ölçülü çamadanın pulsuz daşınmasına imkan yaradır. Lakin bu hüquq çox vaxt bilet sinfi, rezervasiya tarixi və ya əlavə xidmətlərin alınması ilə şərtləndirilir. Xüsusilə bəzi aşağıbüdcəli aviaşirkətlərdə əl baqajı belə ödənişli olduğu müəyyən edilib.

Baqaj üzrə də əhəmiyyətli qiymət fərqləri mövcuddur. Eyni marşrut və eyni çəki üçün bəzi aviaşirkətlər 15 avro tələb etdiyi halda, digərlərində bu məbləğ 60 avronu ötür. Bu ödənişlər bir çox hallarda bilet alışı zamanı açıq şəkildə göstərilmir və sərnişinlər səyahətin son mərhələsində əlavə xərclərlə üzləşir. Bəzi hallarda ilkin olaraq ucuz görünən biletlər yekun hesablamada daha baha başa gələ bilir.

Araşdırma həmçinin aviaşirkətlərin rəsmi internet səhifələrində baqaj qaydaları ilə bağlı məlumatları əldə etməyin çətin olduğunu göstərib. Məlumatlar çoxsaylı alt bölmələrdə yerləşdirildiyindən şəffaflıq azalır.

“Ryanair”, “easyJet” və “Wizz Air” kimi şirkətlərin reklam etdiyi ən aşağı kabin bagajı haqları realda çox nadir hallarda tətbiq olunur.

Araşdırma zamanı 1,500 fərqli uçuşda qiymət müqayisəsi aparılıb. Nəticələr göstərib ki, “easyJet”in 5,99 funt-sterlinqdən (13.60 manat) başlayan kabin bagaj qiyməti 520 uçuşdan heç birində mövcud olmayıb, real orta qiymət isə hər istiqamət üçün təxminən 30 funt-stelinq (68 manat) təşkil edib. “Ryanair”də reklam olunan 12 funt-sterlinqlik (27 manat) qiymət isə 634 uçuşdan, “Wizz Air”də 10 avroluq (20 manat) qiyməti isə 338 uçuşdan yalnız ikisində tətbiq edilib. Orta qiymət 28,93 funt-sterlinq (66 manat) olub.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar