Ru
17:51 / 31 İyul 2026

UEFA-dan baykot: FİFA rəhbəri istefa verəcək

UEFA-dan baykot: FİFA rəhbəri istefa verəcək
Eye

UEFA FİFA-nın kommersiya fəaliyyətinin bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq Dünya Kuboku da daxil olmaqla, FİFA-nın təşkil etdiyi bütün turnirləri boykot etmək qərarına gəlib.

"Bakupost" xəbər verir ki, qərar UEFA-ya üzv 55 milli futbol assosiasiyanın dəstəyi ilə verilib.

Bildirilib ki, FİFA mübahisəli planından geri çəkilməyəcəyi təqdirdə, UEFA-ya üzv ölkələrin – o cümlədən Azərbaycanın – milli komandaları Dünya Kuboku və digər FİFA turnirlərində iştirak etməyəcək.

UEFA bu təşəbbüsün futbolun idarəçiliyinə və idmanın dəyərlərinə zidd olduğunu bəyan edib.

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Bakupost.az-a bildirib ki, 2030-cu uldə keçiriləcək Dünya Kubokunda FİFA 64 ölkənin iştirakını istəyir:

“Burada söhbət biznesdən gedir. FİFA Prezidenti Canni İnfantino istəyir ki, növbəti Dünya Kubokunun final mərhələsində iştirak edən yığma komandaların sayı 64 olsun. Amma düşünürəm ki, komandaların sayını bu qədər artırmaq futbolun inkişafına xidmət etməyəcək. Bu halda dünya çempionatına maraq azalacaq. Komandaların sayının artırılması biznes məsələsinə xidmət edir. Sonuncu dünya çempionatından FİFA 15 milayrd dollar qazandı. Amma futbolu biznesə qatmaq lazım deyil. Bu səbəbdən də UEFA ilə FİFA arasında narazılıq yaranıb”.

A.Mircavadov hesab edir ki, qurumlar arasındakı mövcud qarşıdurma FİFA Prezidenti Canni İnfantinonun istefası ilə nəticələnə bilər:

“Bu da baş verə bilər. Artıq bu haqda söz-söhbətlər də gedir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar