Ukraynanın gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı oilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində Velikiy Novqorod vilayətində yerləşən “Akron” mineral gübrə zavodunda yanğın baş verib. Yerli mənbələrin məlumatına görə, müəssisə ammonium selitra da daxil olmaqla həm mülki, həm də hərbi təyinatlı kimyəvi məhsullar istehsal edir.
Bakupost.az xəbər verir ki, hücumun başqa bir hədəfi Smolensk vilayətinin Doroqobuj şəhəri olub. Sosial şəbəkələrdə “Doroqobuj” kimya zavodunda yanğın görüntüləri yayılıb, lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Gecə keçirilən PUA hücumu Moskvada aviasiya hərəkətinə ciddi təsir göstərib. Paytaxtın dörd əsas hava limanında uçuşlar müvəqqəti dayandırılıb, nəticədə 200-dən çox reys ləğv olunub və ya uçuşlarda gecikmə baş verib. Moskva meri Sergey Sobyanin bildirib ki, şəhər istiqamətində uçan 32 PUA HHM sistemləri tərəfindən vurulub.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, gecə ərzində ölkə ərazisində ümumilikdə 287 PUA məhv edilib. Onların bir hissəsi Moskva və Kalujya vilayətlərində, digərləri isə Novqorod və Smolensk bölgələri üzərində zərərsizləşdirilib.
Hazırda hücum nəticəsində kimya müəssisələrində başlayan yanğınların söndürülməsi davam edir.
Cavid, BakuPost